Xəbər lenti

Taksilərin hava limanına girişi qadağan olunacaq?
Ekonomiks 19:11 03.09.2025

Taksilərin hava limanına girişi qadağan olunacaq?

Yayılan məlumatlara görə, sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi vermək mümkün olmayacaq və yalnız "London taksiləri" işləyəcək.

Bəs görəsən, bu məsələnin reallıq payı nə yerdədir?

Heydər Əliyev Beynəlxalq Aeroportundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Məlumatda qeyd olunub ki, taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur:

"İctimaiyyət görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə rəsmi şəkildə məlumatlandırılacaq".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->