Xəbər lenti

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazandı
İdman 12:28 07.09.2024

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazandı

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Qaynarinfo xəbər verir ki, idmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib.

O, finiş xəttini 55,09 saniyəyə keçib.

Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->