Xəbər lenti

Onların da vergi borcu var
Ekonomiks 19:30 02.04.2026

Onların da vergi borcu var

Azərbaycanda Rəqəmsal Sənət məktəbi kimi tanınan "Azerbaijan Digital Arts School" (ADAS) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, hazırda ADAS-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 26266.86 manat vergi borcu var. 

Qeyd edək ki, şirkətin təsisçisi Əli Mirzəyev, layihənin ideya müəllifləri Rəşad Qafarzadə və Elmibəy Əliyevdir. 

Aydın
--> -->