ABŞ-ın Arizona ştatında 30 ildən çox əvvəl uşaq ikən itkin düşən qadın sağ halda tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.
Söhbət Kristina Mari Plant adlı şəxsdən gedir. O, 1994-cü ildə Finiks şəhərinin şimal-şərqində yerləşən kiçik Star Velli yaşayış məntəqəsi ərazisində yoxa çıxmışdı. İtkin düşdüyü vaxt onun 13 yaşı olub. Hadisədən sonra polis, könüllülər və regional xidmətlər tərəfindən genişmiqyaslı axtarışlar aparılsa da, iş nəticəsiz qalmışdı.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, illər ərzində aparılan dindirilmələr və yoxlamalara baxmayaraq, qızın yerini müəyyənləşdirmək mümkün olmamışdı. İndiyədək iş açıq saxlanılıb və mütəmadi olaraq yenidən araşdırılıb.
Məlumata əsasən, Kristina Mari Plant milli itkin düşmüş uşaqlar bazasına daxil edilib və onunla bağlı məlumatlar təkcə ştat daxilində deyil, ölkə üzrə də yayılıb.
İşdə irəliləyiş müasir texnologiyalar və yeni istintaq metodları sayəsində əldə olunub. Müstəntiqlər yeni izlər taparaq qadının yerini müəyyən etməyə müvəffəq olublar. Lakin hadisənin detalları açıqlanmır. "Gila County Sheriff's Office" nümayəndələri bunu onun şəxsi həyatının qorunması ilə izah ediblər.
Aydın
Şərhlər