Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Qaynarinfo "Sumqayıt24”ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib.
Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar.
Hazırda uşaqların vəziyyətinin normal olduğu bildirilir.
Şərhlər