Xəbər lenti

Azərbaycan Kuboku:
İdman 09:03 03.04.2026

Azərbaycan Kuboku: "Turan Tovuz" Zirə"yə, "Sabah" "Qarabağ"a qarşı

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə bu gün start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 17:30-da start götürəcək.

Ardınca turnirin son qalibi "Sabah" "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.
--> -->