Dövlət satınalmalarında iştirak edən "Orbis Group” şirkətinin vergi borcu daha da artıb.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 2, 854 773,81 manat təşkil edir.
20 noyabr 2020-ci ildə qeydiyyata alınan "Orbis Group” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Bəkirov Cavid Elbrus oğludur.
"Orbis Group” bir neçə il əvvəl tenderlərdə vaxtaşırı qalib elan edilən şirkət olub. Şirkət əsasən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər üzrə Nümayəndəliyinin tenderlərini qalibi seçilib.
Bir neçə il əvvəl yayılan məlumatlarda şirkətin 600 min manatdan çox vergi borcu olduğu bildirilirdi. Görünür, şirkət borcu ödəməyib və məbləğ daha da artıb.
Şərhlər