"Qarabağ" Misli Premyer Liqasının sonuncu - XXXVI turunda səfərdə "Şamaxı"ya qalib gəlib.
Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda "köhlən atlar" minimal hesablı qələbəyə sevinib.
Yeganə qolu Emmanuel Addai (86) rəqibin qapısından keçirib.
Ölkə çempionluğunu rəsmiləşdirən Ağdam təmsilçisi mövsümü 89 xalla lider başa vurub. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.
Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə qalib (4:1) gəlib. Tura mayın 25-də yekun vurulacaq.
Bizim WhatsApp kanalımıza abunə olun
Şərhlər