Xəbər lenti

Merkeldən Merzə sərhəd tənqidi:
Dünya 19:39 24.05.2025

Merkeldən Merzə sərhəd tənqidi: "Avropanın məhv olduğunu görə bilərik"

Almaniyanın sabiq kansleri Angela Merkel ölkənin hazırkı lideri Fridrix Merzin sərhəd nəzarəti siyasətini tənqid edib.

Qaynarinfo xəbər verir ki, Merkel Almaniyanın qeyri-qanuni miqrasiyaya qarşı tətbiq etdiyi sərt nəzarət siyasətinin Avropa İttifaqı daxilində sərbəst hərəkət azadlığını təhlükəyə ata biləcəyini bildirib. 

O, bunun əvəzinə "Aİ sərhədlərinin qorunmasına yönəlməliyik" deyə vurğulayıb: "Mən Avropa yönümlü həlləri dəstəkləyirəm, çünki əks halda Avropanın məhv olduğunu görə bilərik və mən bunu istəmirəm. Ümid edirəm ki, yeni federal hökumət də bunu istəmir".

Merkel 23 fevralda Almaniyada keçirilən seçkilərdən üç həftə əvvəl Merzin miqrant əleyhinə bir qanun layihəsini parlamentdən keçirmək üçün Almaniya üçün Alternativ Partiyasının (AfD) siyasətçilərinin səslərinə arxalanmaq qərarını da açıq şəkildə tənqid etmişdi. Vəzifəyə başladığı ilk gün miqrasiyanı dayandıracağına söz verən Merz isə 2015-ci ildə Almaniyaya yüz minlərlə suriyalını qəbul etdiyi üçün Merkelə qarşı tənqidi mövqe sərgiləmiş və partiyanın miqrasiya məsələsində daha sağ yönümlü olmasına çalışmışdı. 

Xristian Demokratlar İttifaqının iki tanınmış siması olan Merkel və Merz arasında siyasi məsafənin olduğu uzun zamandır məlumdur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->