Xəbər lenti

20 illik ərindən boşandı, yeni sevgilisi ilə görüntüləndi (FOTO)
Foto 21:26 24.05.2025

20 illik ərindən boşandı, yeni sevgilisi ilə görüntüləndi (FOTO)

44 yaşlı aktrisa Cessika Alba yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Londonun Ricents Parkında aktrisanın jeç kimin tanımadığı bir şəxslə gəzintiyə çıxdığı görülüb. Cütlüyü müşahidə edən fanatlar bunun onun yeni sevgilisi olduğunu təxmin ediblər.

Mənbənin verdiyi məlumata görə, onlar parkda gəzərkən qucaqlaşıb, əl-ələ tutublar. "Bu, tamamilə yeni başlayan münasibət kimi görünür", deyə nəşr yazıb.

Aktrisa 16 yaşlı Honor Marie, 13 yaşlı Haven Qarner və 7 yaşlı Hayesin valideynidir. Uşaqların atası kinoprodüser Keş Uorrendir. 2025-ci ilin yanvarında Alba və Uorren 20 illik evlilikdən sonra boşanmaq qərarına gəliblər. Onlar "Fantastik dördlük" filminin çəkilişi zamanı tanış olublar. Mənbələr qeyd edib ki, boşanmanın əsas səbəbi fikir ayrılıqları olub. "PageSix"ə danışan mənbəyə görə, cütlüyün evlilik müqaviləsi olmayıb və uşaqların hüquqi və fiziki qayğısına birgə cavabdehlik tələb ediblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->