Xəbər lenti

Oğlunu həbsdən azad etdirmək istədi, dələduzluğun qurbanı oldu
Ölkə 13:00 01.04.2025

Oğlunu həbsdən azad etdirmək istədi, dələduzluğun qurbanı oldu

Bakıda oğlunu həbsdən azad etdirmək istəyən şəxs dələduzluğun qurbanı olub.

Qaynarinfo xəbər verir ki, G.N-nın oğlu avtoqəza törətdiyinə görə həbs olunub. 

O, oğlunu həbsdən azad etdirmək üçün yollar arayanda tanışı İ.Q. bu məsələni həll edə biləcəyini deyib. Tərəflər 15 000 manat qarşılığında razılaşıb. Lakin sonradan G.N. aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb. İ.Q. məhkəmə prosesində verilmiş ittihamla özünü təqsirli bilib. 

Hakim Zamiq Bağırovun hökmünə əsasən İ.Q.-ya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Onun üzərində başqa bir cinayət işinə görə 6 il "iş” olduğuna görə cəzalar qismən toplanıb və üzrəində qəti olaraq 6  il 6  ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->