Xəbər lenti

Ofeliya Sənani hazırkı vəziyyətindən danışdı:
Ölkə 13:18 24.03.2025

Ofeliya Sənani hazırkı vəziyyətindən danışdı: "Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm"

"Neçə müddətdir ki, çölə çıxa bilmirəm. Evin içində tuta-tuta gəzirəm. Artıq buna öyrəşmişəm, heç bilmirəm vaxt necə gəlib-gedir, darıxmıram".

Qaynarinfo xəbər verir ki, bunu Musavat.com-a Xalq artisti Ofeliya Sənani deyib. Diktor bildirib ki, hazırda müalicəsini davam etdirir:

"Ayaqlarım çox pis ağrıyır. Əsadan istifadə edirəm. Evdən çölə çıxmıram. Övladlarım, nəvələrim gəlib mənə baş çəkirlər, məni tək qoymurlar. Bu bayramda da yanımda oldular. Nə etmək olar, yaş öz sözünü deyir, xəstəlikləri gətirir. Buna da şükür edirəm. Bir müddət öncə heç danışa bilmirdim. Bilirsiniz ki, infarkt keçirmişdim. İndi xeyli yaxşılaşmışam".

Xatırladaq ki, 84 yaşlı Xalq artisti ötən il infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O həm də ağciyərində yaranan problemdən əziyyət çəkir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->