Texas və Şimali Karolina universitetlərinin alimləri norovirus ştammlarının 75%-i ilə mübarizə apara bilən anticisimlər yaradıblar.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Science Translational Medicine" (STM) jurnalında dərc olunub.
Bu kəşf universal peyvəndin və norovirus infeksiyası üçün effektiv müalicələrin yaradılması istiqamətində mühüm addım ola bilər. Virus hər il 700 milyondan çox insana yoluxur. Xəstəliyin əsas əlamətləri qusma, həmçinin qarında gurultu, ağrı və qızdırmadır. Norovirus xüsusilə kiçik uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir.
Peyvəndin hazırlanmasında əsas problem virusun yüksək genetik dəyişkənliyi və tez mutasiyaya keçmə qabiliyyətidir. Tədqiqatda tədqiqatçılar Vaxart tərəfindən hazırlanmış oral norovirus peyvəndi alan insanların immun reaksiyalarını araşdırbılar. Məlum olub ki, bəzi iştirakçılar norovirusun bir neçə ştamını, o cümlədən qlobal epidemiyaların təxminən 75%-nə səbəb olanları zərərsizləşdirə bilən antikorlar hazırlayıblar.
Ən perspektivli antikorlardan biri virusun strukturunda əvvəllər məlum olmayan zəifliyi hədəf alan VX22 molekuludur. Yalnız bir və ya iki ştama təsir edən adi antikorlardan fərqli olaraq, VX22 çoxsaylı norovirus genotiplərini neytrallaşdırmağa qadirdir.
Tədqiqatçılar xatırladıblar ki, norovirus qida, su və səth vasitəsilə asanlıqla yayılır, məktəblərdə, səhiyyə ocaqlarında və digər qapalı məkanlarda insanların sağlamlığını təhdid edir. Virusun çoxsaylı ştammlarından qoruya bilən peyvənd epidemiyaların qarşısının alınmasında əsas rol oynaya bilər.
Aydın
Şərhlər