Xəbər lenti

Niyə Azərbaycanda saytlar birdən-birə çökdü?
Texnologiya 23:59 18.11.2025

Niyə Azərbaycanda saytlar birdən-birə çökdü?

Məlum olduğu kimi, bu gün bir neçə saatlıq yerli saytların işində problemlər yaranıb.

Qaynarinfo xəbər verir ki, tanınmış İT mütəxəssisi Fərid Pərdəşünas öz sosial media hesabında saytların birdən-birə çökməsinin səbəblərini aydınlaşdırıb:

"Problem qlobal xarakterlidir. "Cloudflare” servisini istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib”.

Onun sözlərinə görə, bu platforma beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, "content delivery network” və DNS təminatçısı kimi tanınır:

"Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün "Cloudflare” istifadə edən resurslar təsirlənib.

Dövlət saytları (gov .az) təsirlənmədi. Çünki bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər.

"Cloudflare” ona görə çökdü ki, servisində "gözlənilməz trafik artımı” qeydə alınıb. Şirkət bunu "spike in unusual traffic” — yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub.

"Cloudflare” qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarıb”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->