Xəbər lenti

Nadir Bayramlı ilə Rühəngiz Allahverdiyeva evli olub? (AÇIQLAMA)
Maqazin 13:59 10.04.2026

Nadir Bayramlı ilə Rühəngiz Allahverdiyeva evli olub? (AÇIQLAMA)

"Rüuhəngiz Allahverdiyeva ilə heç vaxt ailəli olmamışıq. Soyadlarımız oxşar olub".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Bayramlı soyadını dəyişməsi və Ruhəngiz Allahverdiyeva ilə evli olması ilə bağlı yayılan ayrılıq xəbərlərinə aydınlıq gətirərkən deyib.

Müğənni bildirib ki, bu söz-söhbətə səbəb onların 1992-ci ildə AzTV-də çıxışı olub:

"Əməkdar artist Rühəngiz Allahverdiyeva ilə birlikdə AzTV-də verilişlərin birində qonaq olduq, birgə konsert verdik. Həmin vaxt mənim soyadım Allahverdiyev idi. Konsertdən sonra bizim  evli olduğumuza dair müəyyən dedi-qodular yayıldı. Bunu mən Rühəngiz xanımdan eşitdim. Sonra soyadımı dəyişdim. Düzdür, buna səbəb Ruhəngiz xanım olmayıb".

Müğənni nəsillərinin Bayramov soyadını daşıdığını bildirib: 

"Necə olmuşdusa, mənə babamın atasının adı - Allahverdi soyadı verilib. Mən də düşündüm ki, soyadımı dəyişməyin vaxtı çatıb. Əslində Bayramlı soyadı ilə tanınmaq istədim. Ruhəngiz xanımın gözəl ailəsi var, uşaqları var. Onun sənətinə böyük hörmətim var. Zamanında soyadlarımızın eyni olması bu dedi-qoduya səbəb olub".

Bahar Rüstəmli

--> -->