Uzun illər Bakı Dövlət Universitetində (BDU) rektorun müşaviri işləmiş Məzahir Sultanovun oğlu vəfat edib.
Bu barədə onun yaxınları bildiriblər.
Məlumata görə, M.Sultanovun 23 yaşlı oğlu Əlif ötən gün qəfil dünyasını dəyişib.
Hadisənin təfərrüatı barədə məlumat verilməyib.
Qeyd edək ki, Məzahir Sultanov 21 il BDU-da rəhbər vəzifələrdə çalışıb və təhsil müəssisəsinin maliyyə sisteminə nəzarət edib.//Qafqazinfo
Şərhlər