Xəbər lenti

Metroda dünyaya gələn uşaq və ananın fotosu
Foto 13:48 08.08.2025

Metroda dünyaya gələn uşaq və ananın fotosu

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub

Bu barədə TƏBİB-dən Qaynarinfo-ya məlumat yayıb.

Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->