Xəbər lenti

Məşhur aktyor özündən 20 yaş kiçik modellə eşq yaşayır (FOTOLAR)
Maqazin 16:51 26.06.2023

Məşhur aktyor özündən 20 yaş kiçik modellə eşq yaşayır (FOTOLAR)

Aktyor Leonardo DiKaprio və model Neelam Gill Parisdəki restoranlardan birində şam yeməyi zamanı paparatsilərin obyektivlərinə tuş gəlib. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

48 yaşlı Leonardo DiKaprio və 28 yaşlı model Neelam Gill Parisin Rue Rivoli küçəsindəki Loulou restoranında şam yeməyində olub. Nəşrin məlumatına görə, Di Kaprionun yaxın dostları - aktyor Tobey Maquayre, onun 16 yaşlı qızı Rubi və Di Kaprionun 16 yaşlı qardaşı qızı Normandi də məclisdə iştirak edib.

Qeyd edək ki, bu barədə ilk xəbər bu ilin iyununda ortaya yayııb. Tabloidlərin yazdığına görə, bu ayın əvvəlində aktyor Londondakı "Chiltern Firehouse" restoranında şam yeməyi zamanı yeni sevgilisini anası İrmelin İndenbirkenlə tanış edib. Bir neçə gün sonra DiKaprio Gilli ailəvi tətilə dəvət edib. Onlar atası Corc və ögey anası Peggy Ann Farr ilə birlikdə həftəsonunu İtaliyanın Amalfi şəhəri yaxınlığında yaxtada keçiriblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->