Xəbər lenti

Mahir Emreli Almaniyada başına gələnlərdən danışdı
İdman 09:10 14.10.2025

Mahir Emreli Almaniyada başına gələnlərdən danışdı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubunda oynamamasının səbəblərindən danışıb.

Qaynarinfo xəbər verir ki, futbolçu klubunda ona qarşı olunan bəzi hərəkətlərin xoşagəlməz olduğunu bildirib.

"Almaniyaya döndüyümdə "Kayzerslautern" klubunun idman direktoru və prezidenti iclas keçirəcəklərinə söz veriblər. Heyətə düşə bilməməyimin səbəbini yəqin ki, orda öyrənəcəyəm. Klub daxilində bəzi proseslər baş verdi ki, bu mənim xoşuma gəlmədi. Bəzi məlumatlar dolaşırdı ki, guya komanda daxilində mənim aram kimləsə pisləşib. Lakin bu, yalan söhbətdir. Həqiqətən heç bir səhvim olmayıb. Almaniyaya qayıtdıqdan sonra məsələnin səbəbini araşdıracağıq. Mənə qarşı olunan bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->