Lənkəran və Masallı rayonlarının bir neçə kəndində canavarların hücumları sakinlər arasında ciddi narahatlıq yaradıb.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, son günlər vəhşi heyvanlar əsasən Lənkəran rayonunun Zövlə, Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində təsərrüfatlara hücum ediblər.
Canavarlar mal-qaraya və atlara hücum edərək bəzi heyvanları parçalayıblar.
Şərhlər