Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
"Report” xəbər verir ki, bu barədə "Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəfləri vurur və Bisadakı "BrahMos” raket anbarının məhv edildiyi bildirilir.
Bundan əvvəl Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb.
Pakistan cavab tədbirləri olaraq Hindistanın vacib obyektlərini sıradan çıxarıb. Hindistanın Suratqarh aerodromu, bu ölkənin artilleriyasının Dehrangyaridəki mövqeyi və Naqrotadakı "BrahMos” raket anbarı məhv edilib.
Bundan başqa Hindistanın elektrik şəbəkəsinin 70 faizi yarasız vəziyyətə salınıb, onların "ZKG Top”dakı qərargahı, Uridəki təchizat anbarı məhv edilib.
Pakistan ölkə ərazisinə raketlərin buraxıldığı Beasdakı "BrahMos” anbarını, Udhampur aviabazasını və Pathankot aerodromunu bombalayaraq yararsız vəziyyət salıb. Xatırladaq ki, Udhampur aviabazası "Fateh-13” raketləri ilə vurulub.
Pakistanın baş naziri Şahbaz Şərif isə əməliyyatların başlamasından sonra Milli Komandanlıq Şurasını toplayıb.
Şərhlər