Xəbər lenti

Kiberpolis əməliyyatlar keçirdi, 14 nəfər barəsində tədbir görüldü (VİDEO)
Ölkə 15:26 21.11.2025

Kiberpolis əməliyyatlar keçirdi, 14 nəfər barəsində tədbir görüldü (VİDEO)

Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qayanrinfo-ya verilən məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər.

"Pinup”, "Mostbet”, "Xbet”, "Chcplay”, "fastloto” və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

"Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər", DİN-dən bildirilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->