Xəbər lenti

Nazirliyin sabiq idarə rəisini maşın vurub öldürdü (FOTO)
Ölkə 15:12 21.11.2025

Nazirliyin sabiq idarə rəisini maşın vurub öldürdü (FOTO)

Dünən axşam saatlarında Sumqayıtda ağır yol qəzası baş verib.

"Qafqazinfo” xəbər verir ki, şəhər sakini Adil Ağayev idarə etdiyi "Mercedes” markalı avtomobillə S.Vurğun küçəsində yolu keçən piyada 55 yaşlı Yaqub Qərib oğlu Əhədovu vurub.

Y.Əhədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Yaqub Əhədov Müdafiə Nazirliyinin Silahlandırma idarəsinin keçmiş rəisidir. O, bir neçə il əvvəl nazirlikdəki vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb. Həmin vaxt Ə.Yaqubovun rütbəsi də polkovnikdən aşağı salınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->