"TasteAtlas" platformasının 2024-cü il üçün tərtib etdiyi yeni reytinqə əsasən, yunan mətbəxi dünyanın ən dadlı mətbəxi elan edilib. Beləliklə, uzun müddətdir lider olan İtaliya ikinci yerə enib.
Qaynarinfo xəbər verir ki, reytinq 15,5 mindən çox yemək və 477 mindən artıq rəy əsasında hazırlanıb.
Yunan mətbəxi bu il 5 baldan 4,6 bal toplayaraq birinci olub. Bu göstərici əvvəlki ilə nisbətən bir qədər aşağı olsa da, liderlik üçün kifayət edib. 2023-cü ildə yunan mətbəxi üçüncü, 2022-ci ildə isə ikinci yerdə idi.
Ekspertlər yunan mətbəxinin məşhur yeməklərindən olan zeytun yağı, fıstıq, "graviyera" karamel pendiri, donuz ətindən hazırlanan kontosuvli, "saganaki" pendir qəlyanaltısı və quzu qıçı ilə hazırlanan paydakia kimi yeməkləri sınamağı tövsiyə edirlər.
İtalyan mətbəxi isə bu il 4,59 balla ikinci olub. Onun məşhur yeməkləri arasında neapolitan pizzası, parmesan pendiri, "canduya" şokoladı, ağ trüfel yeməkləri, "talyatele" pastası, burrata pendiri və prosciutto jambonu xüsusi qeyd olunur.
Üçüncü yerə isə ötən il yeddinci olan Meksika mətbəxi qalxıb. Bu mətbəx 5 baldan 4,52 bal toplayıb. Onun məşhur yeməkləri arasında meyvə içkiləri, ətli birriya tako, chihirtma supu, "gringas" kesadilyası və "esquites" qarğıdalı salatı var.
Dünyanın ən dadlı 10 milli mətbəxi (2024):
1. Yunan
2. İtalyan
3. Meksika
4. İspan
5. Portuqal
6. Türk
7. İndoneziya
8. Fransız
9. Yapon
10. Çin
Aydın
Şərhlər