Xəbər lenti

Dünya 09:37 18.05.2025

"Avroviziya 2025"in qalibi Avstriya oldu

İsveçrənin Bazel şəhərində təşkil olunan 69-cu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində qalib Avstriya oldu.

Qaynarinfo xəbər verir ki, ölkəni təmsil edən 24 yaşlı ifaçı JJ (Yohannes Pieç) "Wasted Love" adlı emosional balladası ilə həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq birinci yerə layiq görülüb. JJ ümumilikdə 436 xal toplayaraq yarışmanın zirvəsinə qalxıb.

Yekun nəticələrə əsasən, ikinci yeri İsrail 357 xalla, üçüncü yeri isə Estoniya 356 xalla tutub.

Qeyd edək ki, JJ müsabiqə başlamazdan əvvəl də favori iştirakçılar sırasında göstərilirdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->