Xəbər lenti

İspaniyada anomal istilər: Bir ayda 771 nəfər ölüb
Dünya 18:58 03.08.2024

İspaniyada anomal istilər: Bir ayda 771 nəfər ölüb

İspaniyada 40 dərəcəni keçən anomal yüksək temperatur müşahidə edilir. 

Qaynarinfo xəbər verir ki, Mayorka istidən ən çox əziyyət çəkir: avqustun 1-i cümə axşamı günü orada bir gündə bir neçə nəfər ölüb.

60 yaşlı kişi səhər təcili yardım nömrəsinə zəng vurub - o, qayıqla sahildən uzaqlaşıb və qəfil özünü pis hiss edib. Yerli nəşr "Ultima Hora" yazır ki, xilasedicilər gələnə qədər o, artıq ölüb. Bunun səbəbi, yarılmadan göründüyü kimi, həddindən artıq isti olub.

Həmin gün saat 18:00 radələrində 61 yaşlı kişi avtomobilində keçmiş kəsim məntəqəsinin yaxınlığında ölüb - bu, ilk ölüm yerindən yeddi kilometr aralıda baş verib. Həmin şəxs xilasediciləri telefonla da çağırıb. "Ultima Hora"nın sözlərinə görə, məhkəmə-tibb eksperti mərhumun bədən istiliyini ölçüb - 40 dərəcədən çox olub.

III Karlos Sağlamlıq İnstitutunun məlumatına görə, təkcə iyul ayında İspaniyada ən azı 771 nəfər istidən ölüb, ölümlərin əksəriyyəti ayın son həftəsində baş verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->