Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı, şəhid Pəncəli Teymurova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Qəhrəman döyüşçünün əmisi, müəllim Şirməmməd Fərəcov Vetenbagi.az-a açıqlamasında bu münasibətlə fikirlərini bölüşüb.
Şirməmməd müəllim bildirib:
"Prezident İlham Əliyevin Pəncəliyə ‘Azərbaycanın Milli Qəhrəmanı’ adını verməsi ailəmiz üçün böyük şərəf və qürurdur. Pəncəli Vətənə olan sədaqəti, igidliyi və fədakarlığı ilə bu ada tam layiq idi. Bu yüksək dövlət mükafatı həm onun xatirəsinə, həm də bütün şəhidlərimizin müqəddəs amalına verilən dərin ehtiramın göstəricisidir. Biz Pəncəli ilə, onun döyüş yoluyla fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.”
Qeyd edək ki, Pəncəli Teymurov 2016-cı il Aprel döyüşlərində göstərdiyi igidlik və qəhrəmanlıq göstərərək şəhid olub. Onun döyüş ruhu, Vətən sevgisi və mərdliyi bu gün də gənclər üçün nümunədir.
Şərhlər