Xəbər lenti

İlham Əliyev: Azərbaycan və Ermənistan nümunəsi göstərir ki, sülh əldə etmək mümkündür
Siyasət 17:05 26.04.2026

İlham Əliyev: Azərbaycan və Ermənistan nümunəsi göstərir ki, sülh əldə etmək mümkündür

"İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bildirib.

"Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
--> -->