Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, Zopun kəndi ərazisində baş verən qəza zamanı "VAZ-2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.
Nəticədə yeddi nəfər xəsarət alıb. Onların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.
Şərhlər