Xalq artisti Şeyx Əbdül Mahmudbəyov "Künc-bucaq" layihəsində qonaq olub.
Axşam.az xəbər verir ki, Şeyx Əbdül xəstəxanada olduğu müddətdə mərhum Xalq artisti Rasim Balayevdən inciməsinə belə aydınlıq gətirib:
"İkimiz də eyni vaxtda xəstəxanada yatırdıq. Türkiyəyə getməyə hazırlaşırdı. Mənə zəng vurdu ki, istəyirsənsə, birlikdə gedək. Dedim ki, heç yerə getmirəm, ölsəm də burada öləcəyəm. O, xəstəliyini bilmirdi. Amma bizim xəbərimiz var idi ki, xərçəngdir. Dedim ki, sağalmışam, sən get, gəl, səni bir də rəsmi sədr seçək. Təəssüf ki, getdi, gəlmədi.
Onun üç mərasimində avtobusa minib tək getdim Fəxri xiyabana. Düz 40 dəqiqə onunla dərdləşdim. Rahatlıq tapdım. Çoxu deyir cümə axşamları get. Mənə elə şeylər çatmır. Molla fatihə verməmiş plovu yeyirlər. Elə bil yasa yox, yeməyə gəlirlər".
Şərhlər