Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.
APA xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.
"Kollektiv Milli Hərəkat bu ölkədə nəinki yerli hakimiyyət seçkilərində, hər hansı başqa seçkidə də iştirak edə bilməyəcək”, - Mdinaradze qeyd edib.
Şərhlər