Göz altı ləkələri yorğunluğun və stressin ən tez görünən əlamətlərindən biridir.
Qaynarinfo xəbər verir ki, bəzən şişkinlik və göz altı torbaları ilə müşayiət olunur, bu isə insanın daha yaşlı və halsız görünməsinə səbəb olur.
Əsas səbəblər
Göz xəstəlikləri üzrə mütəxəssis, prof. Dr. Banu Coşarın sözlərinə görə, göz altı ləkələri bir neçə səbəbdən yarana bilər:
* Piqment artımı: Göz ətrafında piqmentin çoxalması nəticəsində yaranır. Rəngi adətən qəhvəyi və ya boz olur.
* Damarsal səbəblər: Göz ətrafındakı kapilyar damarların çox olması və ya genişlənməsi, oksigensiz qanın toplandığı sahələrdə qırmızı-bənövşəyi rəngli morluqlar yarada bilər.
* Dərinin boşalması və kölgə effekti: Yaşlandıqca dəridə sallanma, torbalar və çökəklik yaranır.
* Dərman istifadəsi: Bəzi dərmanlar, xüsusilə bimatoprost tərkibli göz təzyiqi damlaları, rəngin tündləşməsinə səbəb ola bilər. Əksər hallarda, ləkələr qarışıq tipli olur, yəni həm piqment, həm də damar mənşəli səbəblər birlikdə rol oynayır.
Təbii müalicə üsulları
* Hind qozu yağı: Gecələr göz altına masajla tətbiq edilərək rəngi açmağa kömək edir, E vitamini ilə dəri hüceyrələrini bərpa edir.
* Gül suyu: Pambıq vasitəsilə göz üzərinə 10-15 dəqiqə qoymaq rahatladıcı təsir göstərir.
* Soyuq kompres: Buz parçaları təmiz dəsmala bükülərək tətbiq olunur, damarları daraldaraq şişkinliyi azaldır.
* Xiyar: Dilimlər limon suyunda bir neçə dəqiqə saxlanıb göz üzərinə qoyula bilər.
* Çay paketləri: Soyudulmuş çay torbaları qan dövranını artırır, damarları daraldır.
* Süd: Soyuq südə batırılmış pambıq göz altına qoyularaq yorğunluq və morluqlar azaldıla bilər.
Tibbi müalicə üsulları
Dermatoloq Dr. Fatma Yıldızın tövsiyələri:
* Lazer müalicəsi: Kapilyar damar görünüşünü azaldır, kollagen istehsalını artırır.
* Kimyəvi pilinq: Meyvə turşuları ilə dəri soyularaq rəng bərabərləşdirilir.
* Dolğular: Hialuron turşusu ilə boşluqlar doldurularaq həm kölgə, həm ləkə azalır. Təxminən 8 ay təsirli olur.
* Mezoterapiya: Vitamin inyeksiyası ilə dərinin gəncləşdirilməsi və rəngin açılması təmin edilir.
Aydın
Şərhlər