Xəbər lenti

Samur-Abşeron kanalı quruyur? (VİDEO)
Video 23:09 09.08.2025

Samur-Abşeron kanalı quruyur? (VİDEO)

Azərbaycanın əsas suvarma mənbələrindən biri olan Samur-Abşeron kanalında bir neçə gün əvvəl suyun tamamilə quruması ilə bağlı məlumatlar yayılmışdı. Məsələni yerində araşdırmaq üçün Bizim.Media-nın çəkiliş qrupu Qusarın Samur qəsəbəsindəki Baş Hidroqovşağa yollanıb.

Məlum olub ki, kanalda su var və quruma tam şəkildə baş verməyib. Hazırda kanalda saniyədə 9 kubmetr su axır və öz mənbəyini Rusiya-Azərbaycan sərhədindəki Samur çayından götürür.

Samur-Abşeron kanalı, Azərbaycanın şimal bölgələrini suvarma suyu ilə təmin edir. Kanalın suyu əvvəlcə Şabran rayonundakı Taxtakörpü su anbarına, oradan isə Ceyranbatan su anbarına ötürülür.

Qeyd edək ki, hazırda Xaçmaz və Şabran rayonlarında suvarma ilə bağlı çətinlik yaşanır. Xaçmaz Su-Meliorasiya İdarəsinin məlumatına görə, tələbat yüksəkdir, lakin Samur-Abşeron kanalından saniyədə cəmi 6 kubmetr su verilir. Hazırkı su həcmi isə 35 min hektar sahənin suvarılması üçün kifayət etmir. Yəni, əhali çətinlik çəkir.

Ətraflı Bizim.Media-nın videosüjetində:


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->