Yeni araşdırmalar göstərib ki, zeytun yağı tərkibindəki ürək üçün faydalı olan təkqatlı doymamış yağlar sayəsində ürək-damar sistemi sağlamlığına kömək edə bilər. Lakin diyetoloq Mendi Enraytın sözlərinə görə, zeytun yağında ürək sağlamlığı üçün vacib rol oynaya biləcək başqa bir komponent də var: polifenollar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" portalı yazır.
Polifenollar - güclü antioksidant xüsusiyyətlərə malik olan güclü bitki maddələridir. Yunanıstanlı alimlər sızma (extra virgin) zeytun yağındakı polifenolları daha ətraflı öyrənmək qərarına gəliblər.
Araşdırmaçılar müəyyən edib ki, yüksək fenol tərkibli zeytun yağı qəbul edən qrup, yüksək dozalarda aşağı fenol tərkibli zeytun yağı qəbul edən qrupla müqayisədə qanda ümumi xolesterol səviyyəsində əhəmiyyətli yaxşılaşma göstərib. Bu araşdırmada adi (daha açıq rəngli və dadsız) deyil, sızma zeytun yağı istifadə edilib.
Nəşr qeyd edib ki, zeytun yağı Aralıq dənizi diyetasının əsas məhsullarından biridir. O, ümumi sağlamlığı dəstəkləyir və ürək-damar xəstəlikləri də daxil olmaqla, bəzi xəstəliklərin riskini azaldır. Araşdırmalar həmçinin onun demansdan ölüm riskini azalda biləcəyini göstərir.
Aydın
Şərhlər