Xəbər lenti

George Haci milli komandaya baş məşqçi təyin olundu
İdman 12:32 07.04.2026

George Haci milli komandaya baş məşqçi təyin olundu

Futbol üzrə Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası məlumat yayıb.

Komanda George Haciyə tapşırılıb. O, bu postda Mirça Luçeskunu əvəzləyib.

Xatırladaq ki, George Haci son olaraq ölkəsində "Farul"un baş məşqçisi olub.

Onu da qeyd edək ki, Mirça Luçeskunun səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu deyilir.
--> -->