Xəzər dənizində növbəti dəfə zəlzələ olub.
Bu barədə Qaynarinfo-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələnin maqnitudası 3, dərinliyi 72 km olub.
Qeyd edək ki, bu gün 05:55-də də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.
08:50
Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, aprelin 4-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Şərhlər