Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində yeni əməliyyat həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, əməliyyat zamanı Simge Sağın, Mələk Mosso, İbrahim Çelikkol, Deha Bilimlier, Mustafa Ceceli, Ersay Üner, Aslı Sipahi Hacısüleymanoğlu və Bengü Erden saxlanılıb.
Beykoz Respublika Baş Prokurorluğunun araşdırma ilə bağlı yaydığı açıqlamada bildirilir:
"Baş Prokurorluğumuz tərəfindən İstanbul Vilayət Jandarma Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdürlüğü ilə koordinasiyalı şəkildə ictimaiyyətə tanınmış şəxslərə qarşı aparılan "istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq, yaxud istifadə etmək, eləcə də narkotik və ya psixotrop maddə təmin etmək"cinayətləri üzrə istintaq çərçivəsində əldə olunan sübutlar, daxil olan məlumat və siqnallar əsasında adı aşağıda qeyd olunan şübhəlilərin həmin cinayətlərdə iştirak etdiyi müəyyən edilib. Bu səbəbdən, Beykoz Sülh Cinayət Hakimliyinin qərarına əsasən 07.04.2026 tarixində eyni vaxtda saxlanılma, axtarış və müsadirə tədbirləri həyata keçirilib və istintaq davam etdirilir".
Aydın
Şərhlər