Xəbər lenti

19 yaşlı qızı qaçırmaqda şübhəli bilənən 4 nəfər saxlanıldı
Ölkə 10:22 07.04.2026

19 yaşlı qızı qaçırmaqda şübhəli bilənən 4 nəfər saxlanıldı

Tovuzda 19 yaşlı qızı evlənmək məqsədilə qaçırmaqda şübhəli bilənən dörd nəfər saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qızın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar.
--> -->