İş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan "AzNar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkədən çıxışına məhdudiyyət qoyulan baş direktoru vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, Abbasov Bəylər Rəşid oğlu "AzNar" QSC-nin baş direktoru və qanuni təmsilçiliyindən ayrılıb.
Onun Yerinə Hüseynov Natiq Elxan oğlu gətirilib.
Qeyd edək ki, nizamnamə kapitalı 150 milyon manata yaxın olan "AzNar" QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu ilin iyul ayında vergi borcuna görə ölkədən çıxışına
məhdudiyyət qoyulub. Şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373.070,78 AZN vergi borcu bir qədər də artaraq 411114.19 AZN-ə yüksəlib.
Əhməd
Şərhlər