Xəbər lenti

Əməkdar artistin səhhətində problem yarandı
Ölkə 14:33 27.03.2025

Əməkdar artistin səhhətində problem yarandı

Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Rəşad Bəxtiyarovun səhhətində problem yaranıb.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı aktyorun həmkarları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Məlumata görə, onun bronx və ciyərlərində ciddi problem var.

Bir müddət xəstəxanaya yerləşdirilən aktyorun müalicəsi hazırda ev şəraitində davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->