Xəbər lenti

Elçibəyin əkiz nəvələri oldu
Ölkə 12:51 27.03.2025

Elçibəyin əkiz nəvələri oldu

Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.

Körpələrdən biri qız, digəri isə oğlandır.

Məlumatı saytımıza ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: "Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”.

Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->