İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat başladılıb. Əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongün və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.
Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanıldığı bildirilir. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb.
Ümumilikdə 100-dən artıq şəxsin saxlanıldığı bildirilir. Məlumatda deylir ki, prokurorluq iki ayrı araşdırma aparır. Birinci araşdırma çərçivəsində İmamoğlu və digər şübhəlilər PKK ilə ortaq fəaliyyət, PKK üzvlərini işə yerləşdirmək, ikinci araşdırma çərçivəsində isə korrupsiya və rüşvət cinayətlərində təqsirləndirilir.
Əkrəm İmamoğlu 4 iyun 1970-ci ildə Türkiyənin Trabzon şəhərində anadan olub. İstanbul Universitetində biznesin idarə edilməsi üzrə bakalavr və insan resurslarının idarə edilməsi sahəsində magistr dərəcəsi alıb. 2014–2019-cu illərdə Bəylikdüzü Bələdiyyəsinin sədri vəzifəsini icra edib. 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.
Şərhlər