Xəbər lenti

Bakıda ana, qızı və nəvəsi yanaraq öldü
Ölkə 10:46 19.03.2025

Bakıda ana, qızı və nəvəsi yanaraq öldü

Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb.

Hadisədən sonra evdən 3 nəfərin yanmış meyiti tapılıb.

Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->