Xəbər lenti

Rüstəm Orucov sədr, Fəridə Əzizova müavini oldu
İdman 13:04 19.03.2025

Rüstəm Orucov sədr, Fəridə Əzizova müavini oldu

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə MOK-dan məlumat verilib.

MOK-un inzibati binasında keçirilən iclasda Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini seçilib.

Yeni tərkibdə Leyla Əliyeva, İradə Aşumova, Hacı Əliyev, Nazim Babayev, Təranə Abbasova, Fatimə Alkərəmova və Rəsul Çunayev da yer alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->