Xəbər lenti

AFFA bu klubu çempionatdan kənarlaşdırdı
İdman 13:53 19.03.2025

AFFA bu klubu çempionatdan kənarlaşdırdı

AFFA U-13 Liqasında çıxış edən Mingəçevirin "Uğur” klubu Azərbaycan çempionatından kənarlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında verilib.

Komandaya Bərdənin "Qala” klubu ilə keçirilməli olan oyuna təyin edilən vaxtda gəlmədiyinə və görüş baş tutmadığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün "Uğur” liqadan kənarlaşdırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->