Yaponiyanın Hyogo prefekturasının Aşiya şəhərində yaşayan və Ginnesin Rekordlar Kitabına əsasən dünyanın ən yaşlı insanı olan Komiko İtoka 116 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə şənbə günü Aşiya şəhərinin yaşlı insanlara dair siyasəti üzrə məsul şəxsi Yoşitsuqu Naqata məlumat v
erib.
İtoka 29 dekabrda Aşiya şəhərindəki qocalar evində dünyasını dəyişib. O, banan və Yaponiyaya məxsus, qatıq dadlı "Calpis" içkisini sevirdi. 1908-ci il mayın 23-də Osakada anadan olmuş İtoka keçən il 117 yaşlı Maria Branyasın ölümündən sonra ən yaşlı insan adını qazanıb.
Süperuzunömürlülər siyahısında birinci sıraya qalxdığı xəbərini aldıqda İtoka sadəcə "Təşəkkür edirəm” deyə cavab verib.
Keçən il doğum günündə o, şəhər merindən gül buketi, tort və təbrik kartı alıb.
Komiko İtoka lisey illərində voleybolçu olub və enerjili ruhu ilə tanınıb. O, iki dəfə 3,067 metr hündürlükdəki Ontake dağını fəth edib. İtoka 20 yaşında ailə qurmuş və iki qız, iki oğul dünyaya gətirmişdi.
İkinci Dünya Müharibəsi dövründə İtoka ərinin tekstil fabriki ofisini idarə edib. 1979-cu ildə həyat yoldaşını itirdikdən sonra Nara şəhərində tək yaşayıb.
Onun bir oğlu, bir qızı və beş nəvəsi sağ qalıb. Ailə və dostların iştirakı ilə vida mərasimi keçirilib.
Gerontologiya Tədqiqat Qrupunun məlumatına əsasən, hazırda dünyanın ən yaşlı insanı, Braziliyalı rahibə İnna Kanabarro Lukasdır. O, İtokadan 16 gün sonra doğulub və hazırda 116 yaşındadır.
Alpər
Şərhlər