Çin ABŞ-la ticarət barışığı əldə etdikdən sonra "Boeing” təyyarələrinin tədarükünə qoyulan qadağanı aradan qaldırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məsələ ilə tanış mənbələrə istinadla məlumat
yayıb.
Bazar ertəsi ABŞ və Çin ən azı 90 gün müddətinə yüksək tariflərin azaldılması barədə razılığa gəliblər. Bu addım dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsinin səngidilməsinə imkan yaradıb.
Bloomberg yazır ki, bu həftə Pekindəki rəsmi şəxslər ölkənin milli aviadaşıyıcılarına və hökumət qurumlarına ABŞ istehsalı olan təyyarələrin tədarükünün bərpa oluna biləcəyini bildirməyə başlayıblar.
Aprel ayında "Boeing” şirkəti bəyan etmişdi ki, bir sıra çinli müştərilər tariflərlə əlaqədar olaraq yeni təyyarələrin tədarükünü həyata keçirməyəcəklərini bildiriblər və şirkət bu təyyarələrin – potensial olaraq onlarla ədəd – yenidən satılması üçün imkanlar axtarır.
Alpər
Şərhlər