Xəbər lenti

Bu klub Azərbaycan çempionatından kənarlaşdırıldı
İdman 20:49 22.03.2025

Bu klub Azərbaycan çempionatından kənarlaşdırıldı

AFFA U-13 və U-14 Liqalarında çıxış edən "Hindarx" (Ağcabədi) komandalarını yarışlardan kənarlaşdırıb.

Qaynarinfo xəbər verir ki, buna klubların müvafiq yaş qruplarından ibarət komandalarının heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi səbəb olub.

Həmin futbolçuların 2024/2025-ci illər mövsümündə meydana çıxdığı bütün oyunlarda komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, "Hindarx" komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->