Xəbər lenti

Bakıda sahibsiz itlər iki nəfəri dişlədi
Video 09:39 27.03.2025

Bakıda sahibsiz itlər iki nəfəri dişlədi

Bakının Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yaşayan sakinlər sahibsiz itlərin onların həyatı üçün təhlükə yaratdığından şikayətlənirlər.

Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, gecələr itlərin səsindən yatmaq mümkün deyil, gündüzlər isə küçəyə çıxmaq olmur.

Sahibsiz itlər sakinlərdən birini əlindən, digərini isə ayağından dişləyib.

Sakinlərin sözlərinə görə, it məhəllədə yaşayan bir evsizindir. Dəfələrlə itlə bağlı problemi ona desələr də, nəticəsi olmayıb.

Binada yaşayanlar mövcud durumla bağlı dəfələrlə aidyyəti üzrə müraciət ediblər, lakin vəziyyət dəyişməyib.

Ətraflı süjetdə:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->