Xəbər lenti

Bakı Milli Geyim Evinin rəhbəri yanğında həlak oldu
Ölkə 01:19 22.11.2025

Bakı Milli Geyim Evinin rəhbəri yanğında həlak oldu

Xəbər verdiyimiz kimi, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın zamanı ölən 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı Bakı Milli Geyim Evinin rəhbəri imiş.

Xatırladaq ki, yanğında xəsarət alan 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->